SOSIAL

DTX Naxçıvan Gömrük Komitəsində əməliyyat keçirir - Saxlanılanlar var

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Naxçıvan Gömrük Komitəsində əməliyyat keçirir.

Bu barədə jurnalist Aygün Muradxanlı məlumat yayıb. O bildirib ki, hazırda əməliyyatçılar Komitənin inzibati binasındadırlar.

32gun.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, əməliyyat zamanı artıq bir neçə nəfər saxlanılıb. Hazırda binada axtarışlar aparılır. Əməliyyatın korrupsiya hüquqpozmaları ilə bağlı keçirildiyi bildirilir.

Qeyd edək ki, Naxçıvan Gömrük Komitəsinin sədri Səhət Həbibbəylidir. O, AMEA-nın prezidenti İsa Həbibbəylinin oğludur. Komitənin sədr müavini Səbuhi Novruzov isə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıboun yeznəsidir.

Xatırladaq ki, bir müddət öncə Naxçıvan DTX ləğv edilərək Respublika DTX-yə birləşdirilib. Bundan başqa Naxçıvan DGK və DİN-in də eyni qaydada ləğv edilərək mərkəzi qaydada idarə olunacağına dair iddialar var.

Loading...

Oxşar Xəbərlər