SOSIAL

"Putin İrəvana səfər etməklə, Rusiyanın bölgədə olduğu mesajını vermək istəyir"

“Son dövrlər Ermənistan cəmiyyətində KTMT ilə bağlı yaranan ciddi suallar və KTMT əleyhinə ictimai əhval-ruhiyyənin güclənməsi əlbəttə ki, Putini müəyyən addımlar atmağa vadar edir. O baxımdan 44 günlük savaşda ağır məğlubiyyətə uğramış və ondan sonrakı dönəmdə də etdiyi təxribatların qarşısı sərt şəkildə alınmış Ermənistana və Ermənistan cəmiyyətinə mesaj vermək istəyir”. 

Bu fikirlər 32gun.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib. 

“Putin Ermənistan cəmiyyətinə göstərmək istəyir ki, Rusiya Ermənistanla müttəfiqlik münasibətlərinə sadiqdir. Hesab edirəm ki,  KTMT-nin İrəvanda toplantısı da məhz bu niyyəti güdür. Göstərmək istəyir ki, KTMT-lə bir mövqedədir və Ermənistan təhlükəsizliyi də KTMT və Rusiya ilə bağlıdır. Digər bir səbəb isə son bir ildə Ukraynada başlayan savaş nəticəsində xeyli zəifləmiş Rusiyanın güney Qafqazda sürətli şəkildə mövqelərinin zəifləməsidir. Təbii ki, bu da Rusiyanı ciddi düşünməyə vadar edir. Çünki Qərblə rəqabətdə Rusiyanın güney Qafqazda getdikcə azalan təsiri və bu rəqabətdən uduşla çıxmayacağı açıq olduğundan Vladimir Putin İrəvana səfər etməklə, Rusiyanın bölgədə olduğu mesajını vermək istəyir. Yəni, Rusiyanın bölgədən çıxmaq fikri yoxdur. Bu rəqabət də davam edəcək və Rusiay buradakı öz təsir imkanlarını da itirmək niyyətində deyil”.

Fateh

Loading...

Oxşar Xəbərlər