KRİMİNAL

İtkin düşən şəxsin meyiti tapıldı

Oktyabrın 15-dən itkin düşmüş 1953-cü il təvəllüdlü Quba rayonu Xaltan kənd sakini Ağaxan İskəndərovun meyitinin yaşadığı kənddən bir qədər aralıda dağlıq ərazidə tapılması faktı ilə bağlı hazırda Quba rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə 32gun.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, meyitin xarici müayinəsi zamanı bədəni üzərində hər hansı zorakı əlamətlərə xas olan xəsarətlər, o cümlədən əynində olan paltarlarda zədələr müəyyən edilməyib.

Loading...

Oxşar Xəbərlər