SOSIAL

Operativ Qərargahdan axçam vaxtı iki vacib məlumat

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 45 yeni yoluxma faktı qeydə alınıb, 44 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 32gun.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 824 127 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 872 nəfər müalicə olunaraq sağalıb, 9 975 nəfər vəfat edib, aktiv xəstə sayı 280 nəfərdir.

Ölkədə son sutka ərzində 2043, hazırkı dövrədək isə 7 365 617 test aparılıb.

Digər bir məlumata görə, Azərbaycanda son sutkada 397 nəfər vaksinasiya olunub.

Gün ərzində birinci doza vaksinlərin sayı 93, ikinci doza vaksinlərin sayı 76 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 182-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 46 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 920 060 olub.

Loading...

Oxşar Xəbərlər