SOSIAL

Tanınmış vəkil Dövlət Xidmətində vəzifəyə təyin olundu (FOTO)

Tanınmış hüquqşünas, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Roman Qaraşov İqtisadiyyat nazirliyi yanında Antiinhisar və İstehlak bazarına nəzarət dövlət Xidmətində şöbə müdiri vəzifəsinə təyinat alıb. 

32gun.az xəbər verir ki, xidmətin səlahiyyətləri çərçivəsində İstehlakçıların hüquqlarının müdafiəsi ona həvalə edilmişdir. Hüquq müdafiəçisi olan Roman Qaraşov Dövlət Xidmətində daha əvvəl Hüquq şöbəsinin Normativ hüquqi təminat sektorunun müdiri vəzifəsinə təyinat alımışdı. 

Xatırladırıq ki, Bakı Dövlət Universitetinin hüquq fakültəsindən məzun olan Roman Qaraşov uzun müddət Ədliyyə orqanlarında işləyib, özəl sektorda hüquq şöbəsində rəhbər vəzifələrdə  fəaliyyət göstərib.

Loading...

Oxşar Xəbərlər