SOSIAL

Dövlət Xəzinədarlığı Agentliyinin milyon yarımlıq qalibi məhkəməlik oldu - Bu qanunu çeynəyib

“Cerberus” MMC məhkəməlik olub.

32gun.az-ın əldə etdiyi məlumata görə, sözügedən MMC-nin barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 462.1-ci (Mergilərin, Rüsumlarin Ödənilməsi, Maliyyə Və Siğorta Qaydalari Əleyhinə Olan Inzibati Xətalar) maddəsi ilə inzibati protokol tərtib edilib. Protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

Dzhevdet Salakhly - Chief Executive Officer – Cerberus MMC ...

Bildirək ki, nizamnamə kapitalı 3000 AZN olan şirkətin qanuni təmsilçisi Dzhevdet Salakhly adlı şəxsdir. 

Mətbuatda gedən məlumata görə, avqustda Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi SAP sistemi ilə Ani Ödəniş Sistemi (AÖS) arasında ödənişlərin 24/7 rejimində İSO 20022 standartlarına uyğun olaraq MX formatı üzərindən SAP Pİ/PO modulları vasitəsilə ötürülməsinin qurulması üzrə elan etdiyi açıq tenderdə “Cerberus” MMC qalib olub.  Qalib şirkətə 1,515 milyon manat ödənilib. 

Nilay 

Loading...

Oxşar Xəbərlər