KRİMİNAL

Bakıda idman arenasında DAVA - ÖLƏN VAR (YENİLƏNİB)

Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında Yevlax rayon sakini 2006-cı il təvəllüdlü Turan Rüstəmovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə 32gun.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Sumqayıt şəhər sakini 2002-ci il təvəllüdlü Ruslan Səfixanovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı T. Rüstəmova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Ruslan Səfixanov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

*** 18:01

Şağanda idman arenasında gənclər arasında dava olub, ölən var.

Bu barədə 32gun.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, noyabrın 26-da saat 17 radələrində Bakının Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında Yevlax rayon sakini 2006-ci il təvəllüdlü Turan Rüstəmovun ölməsi barədə polisə məlumat daxil olub.

Aparılan araşdırmalarla 2002-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Ruslan Səfixanovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək T.Rüstəmovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə R.Səfixanov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Loading...

Oxşar Xəbərlər