DÜNYA

Putin göstəriş verdi - Puşilin fərman imzaladı

Donetsk Xalq Respublikasının (DXR) rəhbəri vəzifəsini icra edən Denis Puşilin səfərbər olunmuş aspirantların hərbi xidmətdən xaric edilməsi haqqında fərman imzalayıb.

32gun.az TASS-a istinadən xəbər verir ki, müvafiq sənəd bazar ertəsi dərc edilib.

Fərmana əsasən, “Səfərbərlik yolu ilə hərbi xidmətə çağırılmış, çağırış zamanı ilk dəfə müvafiq səviyyədə təhsil alan, əyani və qiyabi təhsil formaları üzrə təhsil alan vətəndaşlar hərbi xidmətdən xaric edilir".

Qeyd edək ki, Noyabrın 13-də Rusiya prezidenti Vladimir Putin Donetsk və Luqansk Xalq Respublikalarından əvvəllər hərbi xidmətə çağırılmış tələbələrin tərxis olunması barədə göstəriş verib.

Nurlan Şiraliyev

Rusya'nın tanıdığı Donetsk Halk Cumhuriyeti'nin lideri konuştu - Son dakika  dünya haberleri – Sözcü

Loading...

Oxşar Xəbərlər