HADİSƏ

Azərbaycanda yol polisinin avtomobili YANDI

Hacıqabul rayonu ərazisində yol polisinin xidməti avtomobilinin mühərrikində yanğın baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən 32gun.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən xüsusi texniki vasitələrdən istifadə olunmaqla “Mercedes” markalı avtomobildə olan yanğın söndürülüb.

Xəsarət alan yoxdur.

Araşdırma aparılır.

Loading...

Oxşar Xəbərlər