DÜNYA

Məşhur mağazadan alınan cipsinin içindən ölü siçan çıxdı - FOTO/VİDEO

Türkiyənin Yozgat bölgəsində marketlərin birindən alınan cipsinin içindən ölü siçovul çıxıb.

32gun.az yerli mediaya istinadən xəbər verir ki, bunu görən tələbə qızlar şoka düşüb.

Onlar həmin anları mobil telefonlarına çəkərək dərhal Prezident Rabitə Mərkəzinə (CİMER) və Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinin 174 nömrəli “Qaynar xətt”inə ötürüblər, daha sonra polis bölməsinə gedərək şikayət ərizəsi yazıblar.

Ünlü zincir marketten alınan cipsin içinden fare ölüsü çıktı

Cips paketinin içərisində ölü siçanı gördükdə çox təəccübləndiklərini deyən tələbə qız, "Ötən gün aldığımız cipsinin içindən siçan ölüsü çıxdı. Cips paketini boşqaba tökəndə siçanla qarşılaşdıq. Şoka düşdük, bəzi dostlarımız qusdu. Bütün səlahiyyətlilərə səslənirəm. Bu hadisə araşdırılmalıdır. Bunun üçün lazım olan hər yerə müraciət edəcəyik” - deyə, bildirib.

Ömər

Loading...

Oxşar Xəbərlər