SOSIAL

“Dünən Səfər Mehdiyev mənə zəng edib təəssüfünü bildirdi” - Sahibə Qafarova

“Gömrük Komitəsinin sədrinin məlum müsahibəsindən sonra deputatlara təpkilər artıb. Ancaq Milli Məclis bütün dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərir”.

32gun.az xəbər verir ki, bunu deputat Elşən Musayev parlamentdə deyib. O qeyd edib ki, Gömrük Komitəsi də bu qəbildən olan qurumlardandır: “Bu müsahibədə sanki bir anlaşılmazlıq var. Hər halda Gömrük Komitəsindən bu məsələlərə aydınlıq gətirilməlidir. Çünki deputatlar anlayışı cəm şəklində olan anlayışdır”. 

Milli Məclisin sədri Sahibə Qafarova deputatın fikirlərinə reaksiya verib: “Dünən Səfər Mehdiyev mənə telefon açıb təəssüf hissi ilə qeyd edib ki, müsahibədə onun fikirləri düzgün təqdim olunmayıb. Səfər müəllim bildirdi ki, o müsahibəsində deputatları yox, bəzi məmurları nəzərdə tutub”. 

Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bir neçə gün öncə verdiyi müsahibədə deputatların xaricdən məhsul gətirib satdığını bildirmişdi: “Bir az araşdırandan sonra aydın oldu ki, həmin deputatlar ölkəyə vətəndaşların adına telefonlar, televizorlar, kompüterlər gətirir, sonra isə mağazalarda satdırırlar. Bu fırıldaqçılar nə edirdilər? Öz maraqlarını qoruyurdular”.

Loading...

Oxşar Xəbərlər