İDMAN

Hakimi bıçaqlayan güləşçi yarışlardan kənarlaşdırıldı (FOTOLAR)

Güləş ulduzu "Hannibal" ləqəbli Devon Nikolsonun "World Class Pro Wrestling" yarışında işirakına qadağa qoyulub.

Qaynarinfo xəbər verir ki, buna səbəb onun hakimin başına dəfələrlə bıçaq zərbəsi vurması olub. Nikolson yarış zamanı həmkarı Karlitoya məğlub olandan sonra hakim Lando Deltoronu rinqə yıxaraq başına bıçaqlarla zərbə endirməyə başlayıb. Dəhşətli səhnələrdən sonra kəllə sümüyündən xəsarət alan və ağrı içində qalan hakim xəsəxanaya çatdırılıb. 

Xəsəxanada başına tikişlər qoyulan Deltoro tvitter vasitəsilə evə qayıtdığını və müalicəsini davam etdirdiyini bildirərək dəstəyə görə ətrafındakılara minnətdarlığını çatdırıb. Hadisədən sonra güləşçi yutubda üzrxahlıq videosu yayımlayıb. Hakimin ağrılarla mübarizə apardığından xəbəri olmadığını bildirən "Hannibal" ləqəbli Nikolson onu incitmək istəmədiyini söyləyib.

Üzrxahlığına baxmayaraq onun "World Class Pro Wrestling" yarışlarında iştirakına qadağa qoyulduğu açıqlanıb. Yarışın təşkilatçısı Cerri Bostik bu hərəkətlərin bağışlanılmaz olduğunu və güləşçi ilə əlaqələrin kəsiləcəyini bildirib.

Loading...

Oxşar Xəbərlər