MƏDƏNİYYƏT - ŞOU

Məşhur balet artistindən “Bir gəncin iztirabları” (FOTO+VİDEO)

“M Teatr” Müasir İncəsənət Teatrınd xalq artisti Vidadi Həsənovun rejissoru olduğu “Bir gəncin iztirabları” xoreoqrafik solo tamaşasının premyerası baş tutub. Tamaşanın aktyoru Xoreoqrafiya üzrə dünya rəqs olimpiadası, beynəlxalq Moskva müsabiqə-festivalının ikiqat qalibi Fərid Kazakov olub. 

Məşhur balet artistindən“Bir gəncin iztirabları” (FOTO+VİDEO)

Tamaşa barədə xalq artisti Vidadi Həsənov özü məlumat verib və Fərid barəsində danışarkən onu istedadlı gənc adlandırıb. Xalq artisti Fəridin daha böyük uğurlar qazanacağına inandığını da qeyd edib. 

Məşhur balet artistindən“Bir gəncin iztirabları” (FOTO+VİDEO)

Daha sonra F.Kazakov da tamaşaçılarla həyəcanını bölüşüb:  

"Bu gün həm mənim 25 yaşım tamam olur, həm də balet artisti kimi 10-cu ilimdir. İstədim həmişə olduğu kimi, bu dəfə də doğum günümü səhnədə qeyd edim. Bu il də Xalq artist Vidadi Həsənovla tanış oldum. Bununla bağlı müzakirə apardıq. O işinin peşəkarıdır. Bu tamaşanı seçməklə gənclərə göstərmək istəyirəm ki, hər zaman iztirablardan çıxış yolu var. Öz uğurlu yolunu düzgün seçməkdə azadsan".

Məşhur balet artistindən“Bir gəncin iztirabları” (FOTO+VİDEO)

Xatırladaq ki, 3 yaından gimnastika, balet ilə məğuldur. Onun  ilk müəllimi, Azərbaycanın görkəmli balet ustası, Xalq artisti, Dövlət mükafatı laureatı Tamilla Şirəliyeva olub. F.Kazakov həmçinin “Central Asia's Got Talent” beynəlxalq istedad şousunun finalçısı, bir sıra beynəlxalq Qran Prilərin qalibi və sahibidir.

Bir Gəncin İztirabları M Teatr -da onlayn bilet almaq. | iTicket.AZ —  Biletlərin onlayn satışı

Məşhur balet artistindən“Bir gəncin iztirabları” (FOTO+VİDEO)

Loading...

Oxşar Xəbərlər