EKONOMİKS

Mərkəzi Bankda vəzifə verilən qadın görün kimdir - FOTO

Mərkəzi Bankın Kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət departamentinə yeni direktor təyin edilib.

Bu vəzifəyə təyin olunan İbrahimova Umeyra Fərhad qızının əvvəlki iş yeri "PAŞA Bank” ASC-də Beynəlxalq bazarlar şöbəsinin müdiri vəzifəsi olub.

1987-ci il təvəllüdlü Umeyra İbrahimova 2004-cü ildə Yasamal rayonundakı 20 saylı orta məktəb-liseyi bitirərək Azərbaycan Dövlət İqtisad Universitetinin Ümumi İqtisadiyyat fakültəsinə daxil olub. 2008-2010-cu illərdə Mərkəzi Avropa Universitetində magistr təhsili alıb.

İş həyatına 2012-ci illərdə "PASHA Capital” QSC-də broker kimi başlayıb. 2016-cı ildən 2021-ci ilə kimi "PAŞA Bank”ın Xəzinədarlıq departamentində mütəxəssis kimi çalışıb. //Yeniavaz.com 

Loading...

Oxşar Xəbərlər