İDMAN VİDEO 20 XƏBƏR

Rolado və Messi futbolsevərləri üzdü - Bu görüntü ilə (VIDEO)

Lionel Messinin formanı geyindiyi PSJ ilə Kriştiano Ronaldonun kapitanı olduğu "Əl Nassr-Al Hilal" Səudiyyə Ərəbistanında xüsusi matçda üz-üzə gəlib.

32gun.az xarici KİV-ə istinadən bildirir ki, Messi və Ronaldonun bir-birini salamlayacağını gözləyən futbolsevərlər məyus olublar.

Messi və Kriştiano Ronaldonun matçdan əvvəl salamlaşmaması, eyni kadra poz verməməsi futbolsevərləri üzüb. Son zamanlar bir-biri ilə bağlı mülayim açıqlamalar verən iki ulduz, matç öncəsi gözlənildiyi kimi bir-birlərinə qarşı çox da ürəkaçan davranmayıblar.

Matçdan əvvəl Ronaldo "Real Madrid"dən komanda yoldaşı Serxio Ramosla görüşüb. Ronaldo qulağını göstərərək sırğasını çıxarmağı unudan Ramosa xəbərdarlıq edib. Ramos gülümsəyərək sırğasını çıxarıb.

Nilufər

Loading...

Oxşar Xəbərlər