MƏDƏNİYYƏT - ŞOU 20 XƏBƏR

Məşhur müğənniyə millət vəkilliyi təklif olunubmuş - Görün hansı partiyadan (VİDEO)

Son zamanlar var-dövləti ilə gündəmdən düşməyən, "Kobra Murat" ləqəbli roman əsilli Murat Divandiler Buket Aydının təqdimatı ilə “Haber Global”də yayımlanan “40” proqramının qonağı olub.

32gun.az xəbər verir ki, rəngarəng tərzi ilə ilə tanınan "Kobra Murat" siyasətə girib-girməyəcəyi ilə bağlı suala diqqətçəkən açıqlamalar verib. Bir partiyadan deputat təklifi aldığını deyən "Kobra Murat" amma qəbul etmədiyini bildirib: 

"Təklif gəldi, amma qəbul etmədim. Mən parkda otururam, ağlayıram, gülürəm. Qalstuk və siyasət mənim xasiyyətim, həyata baxışım bu deyil. Ağlıma nə gəlirsə, onu edirəm.

Hətta indi canlı yayımda həm ağlayaram, həm də gülərəm.

Həyata həmişə belə baxmışam. Siyasətə girəndə belə olmamalısan. Azadlığı sevirəm".

“Təklif hansı partiyadan gəlib?” sualını cavablandıran "Kobra Murat" sözlərini belə davam etdirib:

“Təklif AK Partiyadan gəlib. Yenidən gəlməsini istəmirəm. Tədbirdə Fuat Oktayla bir araya gəldik. Kibariye də var idi. Prezidentimizin də bu diqqəti çox yaxşı idi”.

Nilufər 

Kobra Murat siyasete mi giriyor? Ak Parti'den gelen teklifi neden reddettiğini anlattı

Loading...

Oxşar Xəbərlər