KRİMİNAL 20 XƏBƏR

Sedat Pekərin sözçüsü azadlığa çıxdı - Bir şərtlə ki... (VİDEO)

Sedat Pekərin mətbuat sözçüsü kimi tanınan Emre Olur sərbəst buraxılıb.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, 8 il 3 ay həbs cəzası ilə mühakimə olunan Olurun həbsdə qaldığı müddət nəzərə alınaraq, ölkədən çıxışına qadağa qoyulub. Məhkəmə onun azadlığa buraxılması ilə bağlı qərar verib.

Bildirək ki, bununla bağlı Sedat Pekərin vəkili Ersan Barkın öz "Tvitter" hesabında paylaşım edib.

Xatırladaq ki, Emre Olur cinayət təşkilatına üzv olmaq ittihamı ilə 22 sentyabr 2022-ci ildə həbs edilmişdi.

Nurlan Şiraliyev

Loading...

Oxşar Xəbərlər