
Balıkəsir Universiteti Tibb Fakültəsi Xəstəxanasında Ümumi Cərrahiyyə Xidmətində çalışan Dr. İsmail Şayan və anesteziya köməkçisi Dr. Məhəmməd Əli Ertan arasında mübahisə olub.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, əməliyyat olunan xəstənin oyanma müddəti səbəbiylə baş verib. Həkimlər daha sonra birlikdə başqa bir əməliyyata giriblər.
Girdikləri ikinci əməliyyatın çıxışında 2 həkim yenidən bir araya gəlib. İkili arasında mübahisə əlbəyaxa davaya çevrilib. Ümumi Cərrahiyyə Xidmətində çalışan həkimlər Azad Qazi Şahin və Uğur Mengenecinin iştirakı ilə dava böyüyüb. Anestezioloq Dr. Ertan üzünə aldığı zərbələrdən yaralanarkən, ümumi cərrah Şahinin sol baş barmağı sınıb.
Ertan çalışdığı Balıkəsir Universiteti Tibb Fakültəsi Xəstəxanasında, Şahin isə aparıldığı özəl xəstəxanada müalicə olunub. Hər ikisi müalicə olunduqdan sonra evə buraxılıblar.
Anestezioloq Dr. Ertan jandarma, Balıkəsir Tibb Palatası və Balıkəsir Universiteti Rektorluğuna gedərək Azad Qazi Şahin, İsmayıl Şayan və Uğur Mengenecini tərəfindən döyüldüyünü bildirib və şikayətçi olub.
Zərərçəkmiş olduqlarını iddia edən hər üç həkim də Ertan haqqında jandarma və Balıkesir Tibb Palatasına şikayət edib.
Nilufər