MƏDƏNİYYƏT - ŞOU
20 XƏBƏR
Məşhur aktrisa aeroportda əsəbləşdi: "Mən belə biabırçılıq görmədim" (VİDEO)
Dənizliyə bir teatr tamaşası üçün gedən məşhur aktrisa Mələk Baykal və iki həmkarı hava limanında başına gələnlərlə bağlı sosial şəbəkədə şirkayətlərini dilə gətiriblər.
32gun.az bildirir ki, məşhur aktrisa Çardak hava limanına endikdən sonra şəhər mərkəzinə getmək üçün taksidən istifadə etmək istəyib. Lakin yükləri götürən taksi hava limanının içərisinə sərnişin daşımağın qadağan olduğunu, Baykal və digər iki aktrisanı hava limanının çıxış qapısının qarşısından apara biləcəyini bildirib.
Bu qadağaya görə, 1,5 kilometr piyada getməli olan Baykal çəkdirdiyi videonu “Mən belə biabırçılıq görməmişəm” başlığı ilə paylaşıb.
Nilufər