MƏDƏNİYYƏT - ŞOU 20 XƏBƏR

Kerimcan azərbaycanlı tanınmış balet artistinin paylaşımına laqeyd qalmadı (FOTO)

Türkiyənin sosial şəbəkə fenomeni, DJ Kerimcan Durmaz Azərbaycanın tanınmış balet artisti Fərid Kazakovun instaqramın “story” bölməsində etdiyi paylaşımı izləyib. 

32gun.az bildirir ki, bu barədə tanınmış balet ustası özü bu barədə sosial şəbəkədə paylaşım edib 

Fərid Kazakov dostları ilə getdiyi əyləncə məkanlarının birində Kerimcanın mahnısı səsləndirilərkən çəkdiyi videoda onu da işarələyib.  DJ marağına səbəb olan bu paylaşımı izləmədən keçməyib.

Xatırladaq ki, Fərid Kazakov balet artisti, xoreoqraf, baletmeysterdir. O xoreoqrafiya üzrə dünya rəqs olimpiadası, beynəlxalq Moskva müsabiqə-festivalının ikiqat qalibi və digər nüfuzlu yarışların laureatıdır. Kazakov həmçinin bir sıra beynəlxalq və Ümumrusiya müsabiqələrinin qalibi, "Rusiyada İtaliya Gecələri" Beynəlxalq müsabiqə-festivalının baş mükafatının sahibi, Azərbaycan, Rusiya və Gürcüstanın çoxqat çempionu, "Zabradance" Bakı gimnastika və rəqs məktəbinin baş məşqçisi və Moskva "Olympus Grace" gimnastika və rəqs məktəbinin yaradıcısı və rəhbəridir.

Nilufər 

Loading...

Oxşar Xəbərlər