HADİSƏ

17 yaşlı oğlan anasını köməyə çağırıb vəfat etdi...

Zaqatala rayonunda 17 yaşlı oğlanın ölümü ilə nəticələnən hadisə baş verib.

32gun.az bildirir ki, dünən saat 13:30 radələrində Zaqatala şəhər sakini, 2006-ci il təvəllüdlü Qurbanov Turan Namiq oğlu hamamda yuyunarkən özünü piss hiss edərək anası Şahnaz Qurbanovanı çağırıb. Qadın dərhal oğlunu digər otağa keçirib, lakin az sonra Turan vəfat edib.

İlkin olaraq Turan Qurbanovun hamam otağında çimərkən dəm qazından zəhərlənmə nəticəsində ölməsi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Loading...

Oxşar Xəbərlər