KRİMİNAL

Azərbaycanın axtarışa verdiyi şəxs İranda tutuldu

Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilən İran vətəndaşı tutulub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Cinayət Məcəlləsinin 206-cı (Qaçaqmalçılıq) maddəsi ilə İnterpol vasitəsilə axtarışa verilən 1979-cu il təvəllüdlü Bahar Pour Soheilinin İranda olduğu müəyyən edilib. O, saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, İran vətəndaşı barəsində Azərbaycan Dövlət Gömrük Komitəsi tərəfindən cinayət işi başlanılıb

Loading...

Oxşar Xəbərlər