MƏDƏNİYYƏT - ŞOU

Zeynəb Dostəliyeva xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır

Xalq artisti Nazpəri Dostəliyevanın müğənni bacısı Zeynəb Dostəliyeva xəstəxanaya yerləşdirilib. 

32gun.az xəbər verir ki, bu barədə N. Dostəliyeva “Günün sədası” verilişində bildirib. 

İfaçı bacısının vəziyyətinin ağır olduğunu, ona təcili qaraciyər və böyrək köçürülməsi lazım gəldiyini bildirib: “Son illər böyrəyindən şikayətlənirdi, deyirdi, qaraciyərim ağrıyır. Müalicə almışdı, amma son bir həftə ərzində qripə yoluxdu. Xəbərim yox idi, bir neçə gün evdə yatıb, qızdırması olub. Qızı zəng etdi ki, anamın qızdırması var, əl-ayağı şişib. Gedib gördüm ki, bədəninə su gəlib. Onu dərhal özəl xəstəxanaya yatızdırdım.

Qızdırmaya görə qanı qatılaşıb, ürək damarında tromb əmələ gəlib. Buna görə damara qan getmir. Ciyərləri və böyrəyi fəaliyyətini itirib. Bu günlərdə bacardığım qədər bu məsələnin üstünə düşdüm. Həkimlər sağ olsunlar. Bu gün bacımın qaraciyər və böyrək tranplantasiyasına ehtiyacı var.

Bacımın yanına girirəm, onunla danışıram, məni tanıyır. Görür məni ağlayır. Həkimlərlə əlaqə saxlayıram. Qızdırması yoxdur, şişi yatıb. Hələ ki özünə gəlib. Ölüm səviyyəsinə gələn haldan çıxıb. Bu hala düşməsinə səbəbkar özüdür. Bütün varlığımla inanıram ki, mənə kömək olacaqlar”.

Loading...

Oxşar Xəbərlər