DÜNYA 20 XƏBƏR

QƏRİBƏ OLAY! Silahla vuruldu, xəbəri olmadı - 200 metr sonra...

İstanbulda 61 yaşlı kişi küçədə silahlı hücuma məruz qalıb.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, ayağından xəsarət alan kişi bundan xəbərsiz olub. O, təxminən 200 metr getdikdən sonra yerə yıxılıb.

Hadisə yerinə gələn tibbi yardım qrupları qan itirən yaralıya ilkin müdaxilə ediblər. Daha sonra yaralı xəstəxanaya aparılıb. Hazırda vəziyyətinin yaxşı olduğu bildirilir.

Polisin araşdırmalarından sonra silahlı hücumu təşkil edən şəxsin kimliyi ortaya çıxıb. Belə ki, o, polisdən qaçmaqda və 5 gündə 7 nəfəri silahla vurmaqda təqsirkar bilinən Mehmet B. adlı şəxsdir.

Qeyd edək ki, hazırda Mehmet B.nin saxlanılması ilə bağlı əməliyyatlar aparılır.

Nurlan

Loading...

Oxşar Xəbərlər