KRİMİNAL

İranlı narkobaronların himayədarları belə tutuldu - VİDEO

İranlı narkobaronların ölkə daxilindəki havadarlarına qarşı əməliyyatlar keçirilib.

DİN Mətbuat xidmətindən 32gun.az-a verilən məlumata görə, əməliyyatlar zamanı 36 nəfər saxlanılıb.

Belə ki, “Pünhan”, “Baba”,“Peyman”, “Araz” və s... şərti adları altında İrandan qaçaqmalçılıq yolu ilə ölkəmizə külli miqdarda narkotik vasitələr göndərən, sosial şəbəkələrdə gəncləri şirnikləndirici vədlərlə narkokuryerliyə cəlb edən mütəşəkkil cinayət dəstənin üzvləri saxlanılıblar. DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən son 20 gündə paytaxt və bölgələrdə keçirilən silsilə əməliyyatlar zamanı saxlanılan şəxslərdən 114 kiloqram müxtəlif xassəli narkotik, psixotrop maddə, elektron tərəzilər və 3 min ədəd ekstazi və metadon həbi aşkarlanıb. İranda yaşayan, şəxsiyyəti istintaqla müəyyən edilməyən narkobaronların ölkə daxilindəki bəzi havadarları saxlanılıb.

Qeyd edilən şəxslərlə bərabər narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan əlavə 30 nəfər də saxlanılaraq istintaqa təqdim ediliblər. Onlardan Pənah Quliyev, Ceyhun Abdullayev, Anar Əsgərli, Kamran Nəzərli, Xəyal Xəlilov, Kənan və Kamran Aslanov qardaşları ölkə ərazisində narkotiklərin əsas tədarükçülərindən olublar.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib. Bu şəxslərin daxil olduqları narkoşəbəkənin ölkə daxilində və xaricindəki digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Loading...

Oxşar Xəbərlər