
İstanbulda fəaliyyət göstərən özəl kollecdə müəllimlərə verilən maaş gündəm olub.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, valideynlərdən illik qeydiyyat üçün 120 min TL (təxm: 6500 Dollar) ilə 240 min TL (təxm: 13 min dollar) arasında ödəniş alan kollecin müəllimlərə minimum əmək haqqı məbləğində maaş ödədiyi iddia edilib. Sözügedən məktəb müəllimlərə aylıq 8500 TL (təxm:450 dollar) ödədiyi bildirilib.
Özəl məktəbin müəllimlərindən birinin sosial şəbəkədə paylaşdığı postundan sonra çoxları məktəb rəhbərliyinə qarşı sərt reaksiya verib.
Qeyd edək ki, Türkiyədə 2022-ci ildə minimum əmək haqqı 54,66% artırılıb. Özəl sektorda da gözlər maaşların artırılmasına yönəldilib.
Nilufər