DÜNYA 20 XƏBƏR

"Cek-Pot"un qalibi özünə ev heyvanı olaraq timsah alıb - VİDEO

Almaniyanın Dortmund şəhərində yaşayan və ötən il 9,9 milyon avroluq cek-potu qazanan 42 yaşlı Kürşat Y.-nin yeni ev heyvanı hər kəsi təəccübləndirib.

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, Kürşat Y. 62 min avroya timsah alıb və heyvanın boynuna dəridən xalta taxıb. 

O yeni heyvanı ilə bağlı "Heyvanları çox sevirəm, bəlkə bir gün tutuquşu alacam" deyə bildirib. 

Məlumatda bildirilir ki, Almaniyanın Dortmund şəhərində yaşayan Kürşat Y. ötən il 9,9 milyon avro mükafat qazanıb. Cek-potu qazandıqdan sonra iki dəbdəbəli idman avtomobili alan Kürşat Y.-nin brend geyimləri və aksesuarları da hər zaman diqqət çəkib.

Nilufər

Loading...

Oxşar Xəbərlər