DÜNYA 20 XƏBƏR

"Gömrüy"ün adından istifadə edib, dələduzluq edən tələbədən ŞOK: "Peşiman deyiləm, zərəri qarşılamayacağam"

Kocaelidə saxta sosial şəbəkə hesabında elektron məhsul reklamı yerləşdirərək vətəndaşları aldadan universitet tələbəsi Barış G-nin özünü müdafiəsi hər kəsi  təəccübləndirib.

32gun.az Türkiyə KİV-nə istinadən bildirri ki, universitet tələbəsi peşman olmadığını və zərərçəkmişin itkisini ödəməyəcəyini bildirib. 

"Universitet tələbəsiyəm. "Gömrukteknoshop" adlı "instagram" hesabından istifadə edərək saxtakarlıq etdiyimi qəbul edirəm. Ancaq oxşar adla açılmış səhifələr mənə aid deyil. İki il yarım həyatımı bununla qarşıladım. Mən zərərçəkənə kompensasiya verməyəcəyəm. Bu hadisələrin ən böyük qurbanlarından biri də mənəm, peşman deyiləm. Mən milyardlarla dollar qazanmadım, sadəcə yaşaya biləcəyim qədər qazandım. Bu hadisələr mənim gəncliyim və nadanlığım nəticəsində baş verdi. Nəticədə böyük cəzalar aldım və bu baxımdan peşman deyiləm. 56 yaşımda həbsdən çıxacağam, çünki başqa cinayətlərə görə məhkum edilmişəm” deyə o məhkmədəki müdafisəində  qeyd edib. 

Hadisəni törədən tələbə 4 il həbs və 6 min 500 TL pul cəzasına məhkum edilib.

Məlumatda o da bildirilir ki, "İnstaqram"da saxta hesab açan Barış G. elektron məhsul reklamları yerləşdirməyə başlayıb.

“Gömrukteknoshop” adını verdiyi səhifəsində 3 min 250 TL qiymətində lüks telefon görən Furkan adlı şəxs həmin səhifə ilə əlaqə saxlayıb və göstərilən bank hesabına həmin məbləği göndərib. Telefonun ona çatmamasından sonra dələduzluğun qurbanı olduğunu anlayan Furkan G polisə müraciət edib. Şikayət əsasında saxlanılan Barış G. məhkəmə qarşısına çıxarılıb və barəsində həbs qərarı verilib.

Nilufər 

 

Loading...

Oxşar Xəbərlər