İDMAN 20 XƏBƏR

Emin Əmrullayev Həsənağa Rzayevin işinə xitam verdi

Azərbaycan Basketbol Federasiyasına vitse-prezidenti Həsənağa Rzayev postundan uzaqlaşdırılıb. 

32gun.az-a daxil olan məlumatda bildirilir ki, H.Rzayevin artıq bir müddətdir qurumla heç bir əlaqəsi yoxdur. 

Hətta Azərbaycan Basketbol Federasiyasının yeni rəsmi saytının (aze.basketball) "Federasiya haqqında" bölməsində rəhbərliklə bağlı məlumatlarda onun adı daxil edilməyib. 

Qeyd edək ki, Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayevdir. 

Onu da bildirək ki, Həsənağa Rzayev həmçinin Milli Olimpiya Komitəsinin idman departamentinin rəhbəridir.

Nilufər

Loading...

Oxşar Xəbərlər