HADİSƏ

Marketə oğurluğa girən şəxs belə tutuldu - VİDEO

Bakıda marketə oğurluğa girən şəxs mühafizə polisləri tərəfindən hadisə yerində saxlanılıb.

DİN Mətbuat xidmətindən 32gun.az-a bildirilib ki, Xətai rayonunda xüsusi texniki vasitələrlə qorunan obyektdən Baş Mühafizə İdarəsinin Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.

Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları dərhal əraziyə gələrək hadisəni törətməkdə şübhəli bilinən Elvin Quliyevi tutublar. Həmin şəxs tutulan zaman əlində olan bıçaqla müqavimət göstərmək istəsə də, onun qarşısı alınıb. Şəxsin üzərində axtarış aparılan zaman marketdən oğurladığı 1700 manat aşkar olunub.

Elvin Quliyevin oğurluq niyyəti ilə obyektə daxil olması mağazanın təhlükəsizlik kameraları vasitə ilə də anbaan lentə alınıb. Araşdırmalar davam etdirilir.

Loading...

Oxşar Xəbərlər