HADİSƏ 20 XƏBƏR

Ağır yol qəzası: Avtomobil dəmir maneəyə çırpıldı... (VİDEO)

Türkiyənin "Maltəpə D-100" şossesində avtomobil qəzası olub.

32gun.az yerli KİV-nə istinadən xəbər verir ki, hadisə sürücünün idarəetməni itirməsindən sonra baş verib. Qəza nəticəsində minik avtomobili yol kənarındakı maneəyə çırpılıb. Çırpılmanın təsirindən dəmir maneə avtomobilin ön hissəsindən girərək, arxasından çıxıb. Həmçinin, avtomobilin ön oturacağı qoparaq yola düşüb.

Bildirək ki, sürücü ağır yaralanıb. O, xəstəxanaya aparılsa da, vəziyyətinin ağır olduğu bildirilib.

Qeyd edək ki, hazırda polis qəza ilə bağlı araşdırmalara başlayıb.

Nilay

Loading...

Oxşar Xəbərlər