SOSIAL

Operaiv Qərargah iki vacib məlumatı əhaliyə çatdırdı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 35 yeni yoluxma faktı qeydə alınıb, 41 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 32gun.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Digər bir məlumata görə, Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 193 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 63, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 35, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 86, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 9 nəfərdir.

Loading...

Oxşar Xəbərlər