.jpg)
Sərbərst güləş üzrə üçqat dünya, üçqat Avropa çempionu və Olimpiya mükafatçısı Hacı Əliyevin "instagram"dakı paylaşımı marağa səbəbə olub.
32gun.az bildirir ki, H.Əliyev Zaqrebdə çəkilmiş fotosu çoxsayda bəyənmə alıb və onlarala rəy yazılıb.
Üçqat dünya çempionu növbəti hədəfinin 2024 Paris Yay Olimpiya Oyunları olduğunu bildirib.
Yığmamızın lideri "2024 Paris Yay Olimpiya Oyunlarına yavaş-yavaş yaxınlaşıram" rəyini yazıb.
Qeyd edək ki, güləşçilərimiz Xorvatiyada keçirilən "Zaqreb Open" turnirdə mübarizə aparıblar. Reytinq xalları verən turniirin ilk günündə uğurla çıxış edən komandamıızn üzvləri 5 medal qazanıblar.
Ən yaxşı nəticəyə Əliabbas Rzazadə sahib olub. 57 kqda çıxış edən güləşçimiz Çin, Gürcüstan və Yaponiya idmançılarına qalib gələrək fəxri kürüsün ən yüksək pilləsinə qalxıb.
Sərbəst güləş yığmamızın lideri Hacı Əliyev isə gümüş mükafatla kifayətlənib. Finala kimi inamla irəliləyən Hacı həlledici görüşdə Amerika təmsiçi ilə bacarmayıb və mübarizəni ikinci pillədə başa vurub. Millimizin digər üzvləri Əli Rəhimzadə, Cəbrayıl Qadjiyev, Hacımurad Qadjiyev isə bürünc mükafata sahib sahib çıxıblar.
Ayxan