
Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Şükür Həmidovun oğlunun atası ilə bağlı paylaşımı ürək dağlayıb.
32gun.az xəbər verir ki, atasının adı ilə ("şəhid polkovnik Şükür Həmidov") "instagram"da açdığı hesabdan ata və anasının birlikdə çəkilmiş fotosunu paylaşıb.
Paylaşımda "Bu gün heç nə deməyəcəm atacan. Hiss etdiklərimi ifadə edəcək heç nə tapa bilmirəm" şərhini yazıb.
Qeyd: Azərbaycan Silahlı Qüvvələrinin 2-ci Ordu Korpusunun Komandir müavini; Vətən müharibəsi şəhidi, Polkovnik Şükür Həmidov 2020-ci il oktyabrın 22-də səhər radələrində Qubadlı rayonu istiqamətində döyüş zamanı ön xətdə həlak olub.
Nilay