DÜNYA 20 XƏBƏR

Türkiyəyə yardım edən futbolçuların sayı artdı - SİYAHI

Xəbər verdiyimiz kimi, Türkiyə Millisinin futbolçusu Merih Demiral zəlzələ ilə bağlı yardım kampaniyası başladıb.

32gun.az yerli KİV-nə istinadən xəbər verir ki, başladılan kampaniyadan sonra əldə edilən ümumi məbləğ 9 milyon lirəyə (812 min AZN) çatıb.

Türkiyəli futbolçu kampaniya çərçivəsində dünyaca məşhur ulduzlardan dəstək alıb. Belə ki, növbəti dəstək Qrizmann, Haaland və Mbappedən gəlib. Adı çəkilən futbolçuların formalarının satışından 1 milyon 450 min lirə (131 min AZN) gəlir əldə edilib.

Griezmann, Haaland ve Mbappe formaları da satıldı! Merih, toplanan bağış tutarını açıkladı

Bildirək ki, Merih yardım kampaniyasına Kriştiano Ronaldonun imzalı formasının satışı ilə başlamışdı.

Nurlan Şiraliyev

Loading...

Oxşar Xəbərlər