İDMAN VİDEO 20 XƏBƏR

"Döyüş zamanı rəqibin üzünə gülürəm ki..." - "Ağ Canavar" (VİDEO)

Kikboks üzrə 26 dəfə dünya və dəfələrlə Avropa çempionu, əməkdar idman ustası və əməkdar məşqçi Eduard Məmmədov 32gun.az-a müsahibə verib.

Həmçinin DİN-nin polis polkovnik-leytenantı, nazirliyin İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi vəzifəsində çalışan "Ağ canavar" ləqəbli idmançı ilə baş tutan müsahibəni təqdim edirik:

- Eduard Məmmədovun fikrincə, idmançını digər şəxslərdən fərqləndirən əsas cəhət hansıdır?

- İdmançı olmaq doğurdan da çox şərəfli bir peşədir. İdmanla məşğul olan hər kəsin dünya, avropa çempionu olması şərt deyil. Əsas sağlamlıqdır. Ona görə də idmanla məşğul olan şəxslər sağlam, güclü və böyük iradə sahibi olurlar.

- Döyüş zamanı rəqibi qorxutmaq üçün hansı üsullardan istifadə edilməlidir?

- Qorxutmaq əvəzinə döyüş göstərmək lazımdır. Yəni sən döyüşünlə rəqibi qorxuda bilərsən. Amma bəzən olur ki, baxışlarla və s. digər üsullarla rəqibi qorxutmaq istəyirlər.

- Bəs Eduard Məmmədovun üsulu hansıdır?

- Mən döyüş zamanı rəqibin üzünə gülürəm. Gülürəm ki, onsuzda səndə heç bir ey alınmayacaq, mən sənə qalib gələcəm. Düzdür, bəziləri çalışır ki, gözü ilə qorxutsun. Burada demək istəyir ki, mən səni əzərəm, udaram. Amma yenə də deyirəm ki, birinci növbə də hər şey hazırlıqdan, məşqlərdən asılıdır. Əgər sən yaxşı hazırlıq görməmisənsə, o yarışda gülə-gülə özün də uduza bilərsən.

"Döyüş zamanı rəqibin üzünə gülürəm ki..."- "Ağ Canavar"

- Eduard Məmmədov peşəkar döyüşlərə vida etməyi düşünürmü?

- Bildiyiniz kimi, hələ də döyüşürəm. 2022-ci il mənim üçün çox düşərli il idi. May ayında dünya kubokunun sahibi olmuşdum. Noyabr ayında WAKO  versiyası üzrə iki ildən bir keçirilən Avropa çempionatında 2 dənə qızıl medal qazanmışdım.

İki növ üzrə vuruşdum və hər ikisində də qalib oldum. Bu günə qədər yarışlara bir məqsədlə qatılmışam. Əsas məqsədim qalib gəlib bayrağımızı dalğlandırmaq və dövlət himninin səsləndirmək olub. Bu çox şərəfli bir işdir. Himnin səsləndirilməsi zamanı yarışlardakı minlərlə insan ayağa qalxanda artıq başa düşürsən ki, sən xoşbəxt insansan, sən bunu bacara bildin.

Hətta bu il WAKO versiyası üzrə noyabr ayında keçiriləcək dünya çempionatına, həmçinin Portuqaliyada keçiriləcək döyüşlərə qatılmağı planlaşdırıram. Təbii ki, səhhətim imkan versə, bu yarılara qatılacam. Düzdür zədələr var. Axrıncı yarışdan sonra çiynim zədələnib. Məşqlərə davam etsəm də, o zədələr öz sözünü deyir. Məsələn əvvəllər zədələr tez bərpa olunurdu, artıq bunun üçün çox vaxt lazımdır.

- "Ağ Canavar" ləqəbini verdiyiniz tələbəniz sizin nailiyyətlərinizi təkrarlaya biləcəkmi?

- Bildiyiniz kimi, mənim ləqəbim "Ağ Canavar"dır. İllərdir bu ləqəb mənə uğur gətirir.  Mənim davamçım var, o da Amin Quliyevdir.  O, WAKO versiyası üzrə üçqat Avropa , ikiqat Dünya çempionu, 4 dəfə dünya kubokunun sahibidir. Bu günə qədər məğlub olmayan idmançıdır.

Baxmayaraq ki, Aminin 17 yaşı var. Ötən il onun üçün çox uğurlu oldu. O, sentyabr ayında WAKO versiyası İtaliyada keçirilən dünya çempionatında yeniyetmələr arasında qalib gəlib. Bir aydan sonra isə Amin WAKO versiyası üzrə Antalyada böyük arasında Avropa çempionu oldu.

17 yaşlı Amin azsayda idmançıdandır ki,  böyük uğur qazana bilib. Bizdə böyüklər arasında Avropa, Dünya çempionları 25 yaşdan sonra olurlar.

İnanıram ki, onun böyük uğurları hələ qabağdadır. Hətta mən 17 yaşımda Avropa çempionu olmamışdım, amma Amin bu uğuru qazanıb. Burada Amin Quliyevlə yanaşı Elvin Məmmədovu da qeyd etmək istəyirəm. "Tayson" ləqəbli Elvində Amin kimi tarix yazıb. O, gənclər arasında İtaliyada keçirilən yarışda Dünya çempionu olmuşdu. Həmçinin, Elvində 16 yaşında "WAKO" versiyası üzrə böyüklər arasında keçirilən Avropa çempionatına qatıldı. Və orada qızıl medal qazandı. Bu böyük uğurdur.

"Döyüş zamanı rəqibin üzünə gülürəm ki..."- "Ağ Canavar"

- Sizin rəhbərliyiniz altında məşqlərə başlayan Raul da digər tələbələrinizə qarşı qısqanclıq yaranırmı?

- Oğlum Raulun da uğurları hələ qabağdadır. Düzdür, o bir neçə yarışın qalibi olub. Məşqlərini bəyənirəm, çox yaxşı məşğul olur. Düzdür, bəzən yanlışlar edir. Başa düşmür, uşaqdır, istəyir ki, məşqlərini tez bitirsin.

Qısqanmağa gəldikdə isə elə bir şeyin olduğuna inanmıram. Sadəcə beynəlxalq yarışlara getmək istəyir. Deyir ki, Amin, Elvin gedirsə, mən də getmək istəyirəm. Ona deyirəm ki, əlbəttə sən də çempion olduqdan sonra gedəcəksən. Həm də  Raulun yaşı azdır. O, "Low kick" üslubunda döyüşmək istəyir. Lakin bu növ üzrə döyüşlər biz də 16 yaşdan sonra başlayır.

- Son olaraq idmandan kənar bir sual verək. Eduard Məmmədovun "TikTok" platformasında şəxsi hesabı var?

"TikTok"da ümumiyyətlə yoxam. Bu platformadan istifadə etmək kimi bir fikrimdə yoxdur. Çünki mənə maraqlı da deyil. Nə olduğunu da bilmirəm. Digər sosial şəbəkələr daha maarifləndiricidir, "TikTok" qeyri-ciddi platformadır.

Nurlan Şiraliyev

Loading...

Oxşar Xəbərlər