SOSIAL VİDEO 20 XƏBƏR

Deputat Rüfət Quliyev Vasif Talıbovla ortaqlıq iddiasına görün nə cavab verdi (VİDEO)

 Millət Vəkili Rüfət Quliyev 32gun.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

- Sizin qiymət artımı ilə bağlı danışarkən çəkdiyiniz "Bakkuş" misalı gündəm oldu... 

- Mən çox ironik insanam... İroniyadır, sarkazımdır, zarafatdır... Ümumiyyətlə ironiya ən təsiredici bir alətdir, başa düşənlər üçün...

Komitə iclasındakı çıxışımda bilərəkdən "Bakkuş" sözünü dedim. Qeyd etmək istədim ki, insanlar gedib hər hansı bir məhsul alanda, piştaxtadan götürüb kassaya gələnə qədər nə vergi postu, nə də gömrük postu var. Bir neçə supermarketlərdə bu hal ba verir. Necə ola bilər ki, orada 55 qəpik olan məhsul, kassaya çatdanda 95 qəpiyə başa gəlir. Bu da insanlarda maraqlı söz-söhbətin yaranmasına səbəb oldu. Sosial şəbəkələrdə müzakirə olundu ki, milli məxlisin işi qurtarıbdır, "bakkuş"un qiymətindən danışır. 

Əslində burada "bakkuş"un qiymətindən söhbət getmirdi. Əslində mövcud olan bir neçə problem vardı. Məsələn, mağazada olarkən bir neçə məhsula alırsan və düşünürsən ki, 25 manatdır. Kassaya gəldikdə bu 29 manat 50 qəpikdir. Bu necə belə oldu? 

Millət vəkili Rüfət Quliyev Vasif Talıbovla ortaqlıq iddiasına görün nə cavab verdi- VİDEO

Eşitdim ki, artıq bu məsələlərin bir çoxu həll olunubdur. Amma yenə də mən satış mərkəzlərinə müraciət edib deyirəm ki, bir az asta olun. Yəni insanları qıcıqlandırmaq olmaz. 

Ümumi qiymət artımına gəldikdə isə, bu dünyəvi bir prosesdir. Bunun kökü 2008-ci ilə gedir. o vaxt Amerikada maliyyə böhranı başladı. 

Yeni dünya iqtisadiyyatı normallaşmağa başlayanda isə pandimiya baş verdi. Pandemiyaya görə dünya iqtisadiyyatı  ən az 8 faiz gerilədi. Bu da çox böyük rəqmlərdir. Postpandemiya problemləri başladı. Nəqliyyat, logistika şirkətərinin 70-75 faizi müflis oldu. Bununla da qiymətlər artdı. Pandemiya vaxtı dünya iqtisadiyyatı özünü süni komaya salmışdı. Bu da iqtisadiyyata, istehsalata, təsərrüfata güclü zərər vurdu.  Həmin zərərin də nəticəsində qiymət artımı baş verdi. 

Millət vəkili Rüfət Quliyev Vasif Talıbovla ortaqlıq iddiasına görün nə cavab verdi- VİDEO

İnflyasiya böyük bir bəladır. Bazar iqtisadiyyatının iki böyük bəlası var - İnflyasiya və işsizlik... Hesab edirəm ki, Azərbaycanda düzgün formada iqtisadi siyasət qurulub, inkişaf edir. Dövlət səviyyəsində antiinflyasiya addımları atılır. İkinci tərəf - kiçik və orta sahibkarlıq inkişaf etdirilir.  

- Bu il vətəndaşı nələr gözləyir?

- Biz büdcə proqnozlarına baxsaq deyə bilərəm ki, inflyasiyanı təxminən 7 faizə qədər azaldmalıyıq. Bildiyiniz kimi, cənab prezindent də minimum əmək haqqlarının artımı ilə bağlı qərar verdi. 

Bu da təxminən 2 milyon nəfərə qədər insanın gəlirlərinə təsir edəcək. 

Həmçinin mən iqtisadçı bir alim kimi qeyd etmək istərdim ki, biz daxili tələbatı daxili istehsalın hesabına daha çox bağlamalıyıq. Bu gün biz 55 faiz barəsində danışırıq. Biz bunu 80-85 faizə qaldırmalıyıq. Bu da inflyasiyanın kökünü kəsməsə də təsir edən amildir. 

- Naxçıvandakı Tütün zavodu məsələsindən xəbərdarsınız. Belə bir fikirlər orataya atıldı ki, Vasif Tlıbovla ortaqsınız, oradakı işçilərin maaşlarının artmasına siz əngəl olmusuz. 

- Hə, mən onunla şərikəm guya... (gülür)

Bu şayiələrdir gəzir, hərə bir şey deyir. Bilirsiniz ki, belə bir xalq rəvayəti var - "İsgəndərin buynuzu var, buynuzu".

Mən heç bir sualdan qaçıb gizlənmirəm. Nəyisə səhv etmişəmsə, deyirəm bəli səhvdir. Amma belə səhvləri etməmişəm, mənim ona heç bir aidiyyatım yoxdur. 7 ildən çoxdur ki, tütün kombinantı idarəetməsindən uzaqlaşmışam. 

Bəs Naxçıvandakı olaylarla bağlı nə deyərdiz... 

- Naxçıvanda gedən olaylarla əlaqədar onu qeyd etmək istəyirəm ki, orada 27 il iş gedib. Nədənsə bu gün ictimaiyyət aqressiv formada tələb edir ki. qərar verin. Axı 27 ilin fəaliyyətini 27 günə təftiş etmək mümkün deyil. Bu gün xüsusui dövlət orqanları bununla məşğuldurlar. Bilirsiniz ki, Cənab Prezidentin ora nümayəndəsi təyin olunub. O da insanlarla görüşür. Həmçinin müxalifət və iqtidar partiyaları nümayəndələri ilə görüşlər təkil edilir. Sahibkarlarla danışıqlar aparılır. Gördüyünüz kimi, artıq orada islahatlar başlayıb. Amma heç bir islahat bir- iki ayın içərəsində öz təsirini göstərmir. Bunun üçün ən azı 5-6 ay lazımdır.

Naxçıvanın Azərbaycan iqtisadyyatında xüsusi yeri var.  Düşünürəm ki, Naxçıvan datasiya alan regiondan, maliyyə müstəqilliyinə nail olan bir regiona keəcək. 

Aygün İlqarıqızı

FOTOLAR: Nurlan Şiraliyev

Loading...

Oxşar Xəbərlər