İDMAN

Cavid Hüseynova ağır itki üz verdi

"Şamaxı"nın məşqçisi Cavid Hüseynova ağır itki üz verib.

Bu barədə Fanat.Az-a gənc məşqçi özü məlumat verib. Hüseynovun əmisi ötən həftənin əvvəlində dünyasını dəyişib:

"Bu həftə klub rəhbərliyi ilə növbəti mövsümün planlarını müzakirə etməliydik. Ancaq yaxınım rəhmətə getdiyi üçün görüşümüz təxirə salındı. Əmim dünyasını dəyişdi. 
Yəqin ki, fevralın sonu, martın əvvəlində bir araya gəlib bəzi suallara aydınlıq gətirəcəyik".

Qeyd edək ki, Cavid Hüseynov bu mövsümdən "Şamaxı" adlanan komandaya başçılıq edir. 

Loading...

Oxşar Xəbərlər