SOSIAL VİDEO 20 XƏBƏR

"TikTok"u gənclərə görə açdım" - Deputat Ceyhun Məmmədov (VİDEO)

"Bildiyiniz kimi ilk gündən Azərbaycan Türkiyənin yanında oldu. Hər zaman taleyüklü məsələlərdə bir yerdə olubar. Bu dəfə də Türkiyə ilə həmrəylik nümayiş etdirdi. Cənab prezidentin özü bu prosesdə iştirak edib. Eyni zamanda da bütün Azərbaycan xalqı, məmurlar. Millət vəkili həmkarlarımız bu prosesə qoşularaq qardaşlarımızın yanında oldu. Bu onu göstərir ki, Azərbaycan Türkiyə Dostluğu əbədidir, sarsılmazdır".  

Bunu 32gun.az-a müsahibəsində Türkiyədə baş verən zəlzələ ilə bağlı suala cavab verərərkən millət vəkili Ceyhun Məmmədov deyib.

Həmin müsahibənin davamını  təqdim edirik:

- Sizcə də bundan sonra Türkiyə üçün çətin olmayacaq?

- Müəyyən çətinliklər ola bilər. Amma mən hesab edirəm ki, Türkiyə bununda öhdəsindən gələcək. Əlbəttə bu iqtisadiyyata, müəyyən məsələlərə öz təsirini göstərəcək. Amma düşünürəm Türkiyə bu işləri uğurla yerinə yetirə biləcək. 

"TikTok"u gənclərə görə açdım"- Millət vəkili Ceyhun Məmmədov (VİDEO)

- Bilirsiniz ki, zəlzələdən sonra bir çox fikirlər ortaya atıldı. Binaların tikilməsi və yararsız olması ilə bağlı...

Bəs sizcə bizdə zəlzələ olarsa nə qədər sarsıdıcı ola bilər?

- İnanmıram Azərbaycanda bu hal baş versin. Dövlətin bu məsələlərə çox ciddi nəzarəti var. Türkiyədə baş verən isə bir təbiət hadisəsidir. Bunu bu formada əlaqələndirməyi mən düzgün hesab etmirəm.

- Bu mövzudan kənar bir neçə sualım olacaq. Tehrandakı səfirliyimizdə baş verən olaylarla bağlı... Sizcə bu məsələ artıq həllini tapdımı? İrandan yenidən belə bir həmlə gözləmək olarmı?

- Proses bizdən asılı deyil. İranın özünü necə aparmasından asılıdır. Biz münasibətlərin qorunmasının tərəfdarıyıq. Amma İranın Azərbaycana qarşı siyasətində bu düşmənçilik davam edir. Bu bitməyənə kimi də Azərbaycanın fərqli münasibəti olmayacaq. 

"TikTok"u gənclərə görə açdım"- Millət vəkili Ceyhun Məmmədov (VİDEO)

- Növbəti sualımız... Siz digər soial şəbəkələrdə olduğu kimi "TikTok"da da aktivsiniz. Sosial şəbəkələrinizi özünüz işlədirsiniz?

- Bəli hamısını özüm işlədirəm. 

- Maraqlıdır, bəs "Tiktok"u seçmə səbəbiniz nədir?

- Bilirsiniz ki, "Tiktok" məşhur şəbəkə olaraq geniş yayılmağa başlayıb və gənclərimizin də çoxu oradadır. Gənclərə müraciət etmək və onlarla işləmək üçün mən belə bir addım atdım. 

Aygün İlqarqızı

 

Loading...

Oxşar Xəbərlər