DÜNYA 20 XƏBƏR

Küçənin ortasında silahlı insident - Mübahisə etdiyi şəxsi güllələdi (VİDEO)

Türkiyənin paytaxtında silahlı insident olub.

32gun.az yerli KİV-nə istinadən xəbər verir ki, küçənin ortasında baş verən mübahisə qanla bitib. C.G. adlı şəxs S.M. adlı şəxsi ov tüfəngi ilə vurub.

Əldə edilən məlumata görə, tərəflər arasında düşmənçilik münasibətləri olub. Onlar danışmaq üçün yer təyin ediblər. C.G. təyin olunan yerə əvvəlcədən gələrək, park edilmiş avtomobilin altında silah gizlədib. Mübahisə zamanı gizlətdiyi silahı çıxararaq S.M.-nı ayağından güllələyib. Yaralı şəxs xəstəxanaya aparılıb. Təqsirli şəxs isə hadisə yerin qaçmağı bacarıb. Hazırda onun axtarışları davam edir.

Bildirək ki, hadisə anı təhlükəsizlik kameraları tərəfindən anbaan lentə alınıb.

Nurlan

Loading...

Oxşar Xəbərlər