
Türkiyənin Bolu şəhərində 3,3 bal gücündə zəlzələ olub.
32gun.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Agentliydən verilən açıqlamaya görə, yerli vaxtla saat 14.00-da baş verən zəlzələ yerin 7 kilometr dərinliyində qeydə alınıb.
Qeyd edək ki, ardıcıl olaraq ikinci dəfə saat 14.01-də 3,2 bal gücündə zəlzələ baş verib.
Nurlan Şiraliyev