HADİSƏ

Yevlaxda itkin düşən və bu gün tapılan 4 yeniyetmə harada imiş? – Sən demə…

Dünən itkin düşdüyü ehtimal edilən yeniyetmələr tapılıb.

Martın 19-da Yevlax rayonunda itkin düşdüyü bildirilən 4 yeniyetmə tapılıb.

Onların dostlarından birinin əmisi evində bayram yığıncağına gedib və orada gecələdikləri məlum olub.

Xatırladaq ki, mart ayının 19-da Yevlax rayonunun Ərəş kəndində yaşayan 4 yeniyetmə – 2008-ci il təvəllüdlü Quliyeva Sona Səyyaf qızı, 2008-ci il təvəllüdlü Musayeva Aysu Nəsimi qızı, 2005-ci il təvəllüdlü İsmayılov Nəbi Seyran oğlu və 2005-ci il təvəllüdlü Soltanov Ələmdar Elgün oğlu yaşadıqları evlərdən çıxaraq bir daha geri qayıtmayıblar.

Loading...

Oxşar Xəbərlər