DÜNYA

Bu məşhur küçəyə çılpaq çıxdı, psixatrik xəstəxanaya yerləşdirildi - VİDEO

Amerikalı aktrisa, müğənni və modelyer Amanda Bayns Los-Anceles küçələrində çılpaq görünəndən sonra psixiatrik xəstəxanaya yerləşdirilib.

32gun.az lent.az-a istinadən xəbər verir ki, hadisə şahidləri deyirlər ki, bipolyar pozğunluqdan əziyyət çəkən məşhur heç bir paltarı olmadan maşını saxlayıb və sürücüyə psixi pozuntusu olduğunu deyib.

 

Bundan sonra 36 yaşlı aktrisanın özü telefonla 911-ə zəng edib, o, polis bölməsinə aparılıb. Psixi sağlamlıq mütəxəssisi aktrisanın xəstəxanaya yerləşdirilməli olduğunu müəyyən edib. İndi o, xəstəxanadadır.

Keçmiş nişanlısı Pol Mayklın dediyinə görə, hadisə ərəfəsində o, dərmanlardan imtina edib.

Loading...

Oxşar Xəbərlər