İDMAN

Ronaldo ilə bağlı şok xəbər

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən Kristiano Ronaldonun bu ölkədən deportasiya edilməsi məsələsi aktuallaşıb.

Offsideplus.az xəbər verir ki, buna səbəb portuqaliyalı hücumçunun "Əl-Hilal"a 0:2 hesabı ilə uduzduqları çempionat oyunundakı davranışıdır.

Belə ki, 38 yaşlı ulduz meydançanı tərk edərkən "Messi" şüarları səsləndirən rəqib komandanın azarkeşlərinə qeyri-etik jest edib.

Nuf ibn-Əhməd adlı vəkil sosial şəbəkə hesabında paylaşım edərək, Ronaldonu məhkəməyə verdiyini açıqlayıb: "Onun hərəkəti cinayət və əxlaqsızlıqdır. Həbs olunması və deportasiya edilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik".

Artıq çox sayda azarkeş də Kristianonun ölkədən qovulması üçün hərəkətə keçib. Fanatlar sosial şəbəkələrdə həştəqlər açaraq portuqaliyalı ulduzun cəzalandırılmasını tələb edirlər.

Qeyd edək ki, Ronaldonun "Əl-Nəsr"lə müqaviləsi 2025-ci ilinin 30 iyununadək qüvvədədir.

Loading...

Oxşar Xəbərlər