İDMAN

Qazaxlı idmançılardan qələbə - Foto

28 və 29 aprel Bolqarıstanda keçirilən yarışlarda iki həmyerlimiz qələbə qazanıb.

Aprelin 28-də Pirməmmədov Həsrət Anar oğlu 9-10 yaşlılar kateqoriyasında VSF üzrə 13-cü Avropa çempionatının birinci günündə keçirilən yarışda Bolqarıstanın paytaxtı Sofiya şəhərində birincilik qazanaraq Avropa çempionu olub.

32gun.az bildirir ki, Azərbaycanın Üçrəngli Bayrağını Zirvələrdə dalğalandırıb, Azərbaycan himnini səsləndirib.

Aprelin 29-da Süleymanov Taleh Fuad oğlu Bolqarıstanın Sofiya şəhərində Taekvondo üzrə böyüklər arasında keçirilən Klublararası Avropa Çempionatında 3-cülük qazanaraq Bürünc medala sahib olub. 

Hər iki qalibi "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədovun və İctimai Birliyin üzvlərinin, Qazax mahalının ziyalılarının adından təbrik edir, onlara gələcək yarışlarda yeni-yeni uğurlar arzulayıb.

Səsiniz hər zaman zirvələrdən gəlsin.

Qeyd edək ki, Pirməmmədov Həsrət Anar oğlu Qazax rayonunun Daş Salahlı kəndindəndir. Süleymanov Taleh Fuad oğlu Qazax rayonunun İkinci Şıxlı kəndindəndir. Hər iki həmyerlimiz Bakı şəhərində yaşayır.

Loading...

Oxşar Xəbərlər