DİGƏR

Rəsulzadənin nəvəsinin ölüm anı - Ürəkdağlayan VİDEO

"Fotoda bilirsiz kimdir? Məmməd Əmin Rəsulzadənin nəvəsi, oğlu Azərin övladı Ramiz Rəsulzadə. 1942-ci ildə Qazaxıstanda doğulub. Onun da taleyi şəcərənin əksər üzvləri kimi kədərli olur".

32gun.az xəbər verir ki, bunu sosial şəbəkədə tanınmış tarixçi, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev yazıb.

O qeyd edib ki, Ramiz Rəsulzadə repressiyalardan sonra vətənə - Naxçıvana, xalası və əzizlərinin yanına dönüb:

"Hətta xalası onun üçün elçi gedir və Ramizi evləndirir. Lakin cəmi iki il sonra 2000-ci ildə özündən sonra övlad izi qoymadan beyninə qan sızaraq dünyadan köçür. Özü də necə ölür? Kasıbçılıq, səfalət və aclıq içində".

Böyük Rəsulzadənin nəvəsi Ramizin son fotosu və onun geyindiyi ayaqqabıların fotolarını da paylaşan Zaur Əliyevin sözlərinə görə, Ramiz Rəsulzadə qul bazarında fəhləlik edib:

"Çox kasıb və acımasız həyat yaşayıb. Böyük bir coğrafiyada müstəqil dövlət quran Rəsulzadənin nəvəsi belə ölməli deyildi, özü də belə şəraitdə.

Müsavatı və müsavatçılıq ideyasını yaradan Böyük adamın nəvəsi səfalət çəkəndə Müsavat partiyası hara baxırdı? Hakimiyyət hara baxırdı? Naxçıvan rəhbərliyi hara baxırdı? Azərbaycanda Rəsulzadə adı altında özlərinə ad-san qazanan deputatlar harda idi?

Böyük nəslin davamçısının səfalət içində ölməsi Azərbaycan adına heç yaraşmadı".

Qeyd edək ki, bir müddət əvvəl rejissor Tahir Tahiroviç Ramiz Rəsulzadənin ölüm anının görüntüsünü yaymışdı. 2000-ci ildə çəkilən videonu rejissor belə şərh etmişdi:

"Məmməd Əmin Rəsulzadənin nəvəsi Ramiz Rəsulzadə ilə dostluq edirdim. Bir gün zəng gəldi ki, Ramz bəy yolda hüşunu itirib, yıxılıb. Kameramı götürüb xəstəxanaya getdim. Təxminən 3 saat sonra vəfat etdi. Həmin anları nə qədər acı olsa da, lentə ala bildim. Ruhun şad olsun. 2000-ci ilin xatirəsi".

 

Loading...

Oxşar Xəbərlər