DİGƏR

DİN-də “Heydər Əliyev ili”nə həsr olunan tədbir keçirildi - Fotolar+Video

Ümummili lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə Daxili İşlər Nazirliyində tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, nazir general-polkovnik Vilayət Eyvazov tədbiri giriş sözü ilə açaraq Heydər Əliyevin yeni Azərbaycanın qurulmasında, onun müstəqilliyinin, iqtisadi-siyasi əsaslarının möhkəmləndirilməsində müstəsna xidmətləri barədə ətraflı qeyd edib, daxili işlər orqanlarının formalaşmasında və inkişafında rolunu, şəxsi heyətə diqqət və qayğısını vurğulayıb.

Tədbirdə ümummilli liderin zəngin həyat yolundan və fəaliyyətindən bəhs edən «Heydər Əliyev və 44 günlük Zəfər Yolu» sənədli filmi nümayiş olunub.

“Heydər Əliyev ili” çərçivəsində silsilə tədbirlər Nazirliyin aidiyyəti qurumlarında  da keçirilib, konfranslar, intellektual yarışlar, idman turnirləri, müsabiqələr, ağacəkmə aksiyaları və sair təşkil edilib.

Loading...

Oxşar Xəbərlər