KRİMİNAL

SON DƏQİQƏ: Arvadının başına silah dirəyən polkovnik işdən çıxarıldı

Həyat yoldaşına şiddət göstərən polkovnik-leytenantı barədə aparılan araşdırma yekunlaşıb.

32gun.az Oxu.az-a istinadən bildirir ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə polkovnik-leytenantı Ceyhun Hüseynov prokurorluq orqanlarından xaric edilib.

Qeyd edək ki, bu ilin mart ayında C.Hüseynovun həyat yoldaşı media müraciət edərək, dövlətin ərinə verdiyi silahı onun başına dirədiyini və "sənə xəyanət etmişəm" sözlərini dedirtdiyini bildirmişdi. 

Qadın əlavə edib ki, C.Hüseynov onu zorla çöllük bir yerə aparıb, dəmir parçası ilə vurub. O, bir gün evdən qaça bilib.

Loading...

Oxşar Xəbərlər