EKONOMİKS

Dollar bahalaşdı - SƏBƏBİ

Mayın əvvəlindən ABŞ dollarında müşahidə edilən bahalaşma hələ də davam edir. 

ABŞ milli valyutasının aparıcı valyutalara qarşı ortaq məzənnə dəyərini ifadə edən Dollar İndeksi mayın əvvəlində 101 olduğu halda, hazırda 104 səviyyəsinə çatıb. Ötən müddətdə Dollar İndeksində 3 faizə yaxın yüksəliş qeydə alınıb. 
Dolların bahalaşmasına ABŞ mərkəzi bankının faiz dərəcələrini yüksəltməsi, Amerikada mühüm iqtisadi göstəricilərin yaxşılaşması, eyni zamanda Avropa Mərkəzi Bankının faizləri artırmaması təsir edib.
Son günlərdə dolların bahalaşmasına ABŞ-də borc tavanı probleminin yaranması da təsir edir. Bu vəziyyətdə dolların ucuzlaşacağı gözlənilsə də əks proses baş verir.  Sfera.az

Loading...

Oxşar Xəbərlər