HADİSƏ

Azərbaycanda vəzifəli şəxs faciəvi şəkildə öldü

Lənkəranda məktəb direktorunun ölümü ilə nəticələnən yol qəza hadisəsi ilə bağlı Lənkəran - Astara regional təhsil idarəsi açıqlama yayıb.

32gun.az" xəbər verir ki, Lənkəran-Astara Regional Təhsil İdarəsindən verilən açıqlamada bildirilib ki, 28 may saat 12:30 radələrində Lənkəran rayonu Xanbulan kənd ərazisində yol nəqliyyat hadisəsi baş verib.

Rayonun Liman şəhər 2 nömrəli tam orta məktəbinin direktoru ,Məmmədov Ramiz Şahvələd oğlu idarə etdiyi “Nissan” markalı minik maşını ilə qarşıdan gələn avtobusla toqquşub.

Qəza zamanı Ramiz Məmmədov və onunla birlikdə 2 sərnişin müxtəlif bədən xəsarətləri alıblar.

Yaralılar dərhal Lənkəran rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Onlardan R.Məmmədovun xəsarəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda baş vermiş hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Liman 2 saylı məktəbin direktoru Ramiz Məmmədov Masallı rayon özəl klinikaların birinə göndərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

xxx

15:49

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

32gun.az apa-ya istinadən xəbər verir ki, yol nəqliyyat hadisəsi Lənkəran rayonunun Hirkan - Daşdatük - Biləsər yolunda qeydə alınıb.

Ramiz Məmmədovun idarə etdiyi "Nissan Tida" markalı minik avtomobili turistləri daşıyan iri tutumlu avtobusla toqquşub.

Nəticədə "Nissan Tida"nın sürücüsü və maşındakı sərnişinlər – 1957-ci il təvəllüdlü Tahir Zülfüqarov və 1951-ci il təvəllüdlü Şakir Həbibov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Sürücünün vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, Ramiz Məmmədov Lənkəran rayonunun Liman şəhərində 2 saylı məktəbin direktorudur. Şakir Həbibov LDU-nun riyaziyyat kafedrasının müəllimidir. Tahir Zülfüqarov isə LDU-da inzibati işə çalışır.

Turist avtobusunda olan sərnişinlərdən xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Loading...

Oxşar Xəbərlər